Print 

ADPU – nun Şəki filialında Təhsil Tələbə Krediti Fondu (TTKF) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.Tədbirin keçirilməsində məqsəd ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olan gənclərin təhsil haqlarının Təhsil Tələbə Krediti Fondu tərəfindən ödənilməsi şərtləri haqqında məlumat vermək olub. Tədbirdə TTKF və RİİB nümayəndələri, filialın rəhbərliyi, tələbələr, Şəki şəhər Regional Təhsil İdarəsinin nümayəndələri, regionun orta ümumtəhsil məktəblərinin rəhbərləri və abituriyentlər iştirak ediblər. Görüşdə iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.