Print 

Hər il olduğu kimi, bu il də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında bakalavriat səviyyəsi üzrə təhsili başa vuran gənclərin bir hissəsi uğurla imtahan verərək, ölkənin müxtəlif ali təhsil ocaqlarının magistraturasına qəbul olub. Filialın “Xarici dil müəllimliyi (ingilis dili)” ixtisasının məzunu Elcan Səlimli magistraturaya qəbul imtahanında 96 bal toplayaraq, regionlar üzrə ən yüksək nəticə göstərib. Qeyd edək ki, ingilis dili E.Səlimlinin ixtisas dili olduğu üçün ikinci bir xarici dil seçib və fransız dilindən imtahan verərək, magistratura tarixində ikinci xarici dildən ən yüksək nəticə göstərməklə bir ilkə imza atıb.
Ümumilikdə filialda bu il təhsili başa vuran 200 nəfər məzundan 16 nəfəri magistraturada təhsilini davam etdirəcək. Filialın “Xarici dil müəllimliyi (ingilis dili)” ixtisasından Elcan Səlimli Xəzər Universitetinin “Dilşünaslıq (tədris ingilis dilində)”, Aelita Məmmədzadə ADU-nun “Ədəbiyyatşünaslıq”, Turanə Baradova BSU-nun “Yazılı tərcümə (Azərbaycan dili – ingilis dili üzrə)”, Zəhra Məmmədova MDU-nun “”Xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis dili üzrə)”, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasından Nurayə Rəsulova BDU-nun “Riyazi kibernetika”, Heyran Aslanova və Əminət Osmanova MDU-nun “İnformatikanın tədrisi metodikası və metodologiyası”, Aysel Kərimova GDU-nun “İnformatika”, Aysel Rəcəbli ADİU-nun “Biznesin təşkili və idarə edilməsi (rəqəmsal ekspertiza üztə)”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasından Aynur Bəkirova ADU-nun “Dilşunaslıq (ümumi dilçilik)”, Əminə Abdurahmanova ADİU-nun “Biznesin təşkili və idarə edilməsi”, Nurlanə Nəcəfova ADPU-nun “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası”, “Təhsildə sosial-psixoloji xidmət” ixtisasından Humay Saatova ADPU-nun “Təlim və tədrisin təşkili və metodikası”, Taleh Sultanov NMİ-nin “Təhsildə sosial-psixoloji xidmət”, “Məktəbəqədər təlim və tərbiyə” ixtisasından Fatimə Həsənova GDU-nun “İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, “İbtidai sinif müəllimliyi” ixtisından Qönçə Şirinova BSU-nun “Mənecment (təhsil sahələr üzrə)” ixtisası üzrə magistraturasına qəbul olublar.
Magistraturaya qəbul olan bütun məzunları təbrik edir, təhsildə və gələcək işlərində uğurlar arzulayırıq.