Print 

Avqustun 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Heydər Əliyev və Azərbaycanda sərbəst bazar iqtisadi modelinin formalaşması və dünya iqtisadi sisteminə transformasiya” mövzusunda dəyirmi masa keçirilib. Filialın stuktur rəhbərləri və əməkdaşlarının iştirakı ilə keçirilən dəyirmi masanı elmi işlər üzrə ditektor müavini dosent Nuralı Çələbiyev açıb və geniş məruzə ilə çıxış edib. Natiq bildirib ki, müasir Azərbaycanın dinamik inkişaf edən ölkəyə çevrilməsinin siyasi və iqtisadi əsasları ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. 1993-cü ildə respublikaya rəhbərliyi dövründə Azərbaycanın iqtisadi inkişaf strategiyası hazırlanıb, inzibati amirlik sistemindən liberal iqtisadiyyata əsaslanan sərbəst bazar iqtisadiyyatına keçidin əsası qoyulub, bu məqsədlə büdcə, vergi, bank-maliyyə sisteminin yenidən qurulması üçün qanunvericilik bazası formalaşdırılıb, torpaq və aqrar islahatlar, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlıq və biznes mühitinin formalaşdırılması istiqamətində dərin islahatlar aparılıb. Qeyd olunub ki, 1994-cü il sentyabrın 20-də 8 xarici olkənin 11 transmilli şirkəti ilə bağlanan “Əsrin müqaviləsi” və onun verdiyi iqtisadi mənfəət ölkəmizin iqtisadi gücünə güc qatıb. Nəricədə, 1996-cı ildən başlayaraq, ölkəmizdə illik 1,5% olmaqla ilk dəfə iqtisadi artım qeydə alınıb və bu göstərici 1998-ci ildə 10%-ə çatıb. Natiq qeyd edib ki, 1996-2002-ci illərdə sənaye məhsulu istehsalında 23,6% iqtisadi artım qeydə alınıb, 1999-cu ildə Azərbaycanın mənfəət nefti ilə doldurulmuş ilk tanker dünya bazarına çıxarılıb. 2002-ci ildə ölkəmizin büdcə gəlirləri 1993-cü illə müqayisədə 85% artıb.
Dəyirmi masada filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri pedaqoji elmlər doktoru professor Firədun İbrahimov və digər iştitakçılar müzakirəyə qoşularaq, ölkəmizdə sabit və dayanıqlı iqtisadiyyatın formalaşmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs ediblər.