Print 

Şəki şəhər 10 nomrəli tam orta məktəbdə “ Azərbaycan Respublikasının Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” tərəfindən təşkil olunmuş tədbir keçirilib.Tədbirdə iştirak edənlər arasında orta məktəb nümayəndələri, ADPU-nun Şəki filialının bir qrup müəllimi, musiqi kollecinin nümayəndələri və tələbələr iştirak edib.Tədbirin məqsədi gəncləri və tədbir iştirakçılarını insan alveri, xüsusilə də uşaq istismarının qarşısının alınması barədə maarifləndirmək olub. Açılışı “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova edərək öz çıxışında ölkədə insan alveri, uşaq əməyinin istismarı,onun dağıdıcı effektləri, həmçinin uşaqların cinsi istismarının ağır cinayət olması barədə cəmiyyətin məlumatlılıq səviyəsini araşdırmaq məqsədilə keçirilən sorğu nəticələrini müzakirə edib.
Şəki şəhəri üzrə Gənclər və İdman İdarəsinin nümayəndəsi Səbahət Bağırova və Qeyri Hökumət Təşkilatının nümayəndələri öz maraqlı fikirlərini iştirakçılarla paylaşıb.
İştirakçılarla fikir mübadilələri aparılıb və sonda xatirə şəkilləri çəkilib.