Print 

Sentyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının nəzdində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatı (TGT) filiala yeni qəbul olunan tələbələrlə görüş keçirib. Görüşün keçirilməsində məqsəd l tədris ili tələbələrini TGT haqqında məlumatlandırmaq olub.
Görüşdə TGT-nin sədri Aysun Kərimli, təşkilatın fəalları çıxış edərək, klublar və departamenrtlər haqqında məlumat veriblər. Qeyd olunub ki, TGT öz ətrafında filialda təhsil alan tələbələri birləşdirən və istedadlı, bacarıqlı gənclərin üzə çıxmasında, gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlərin təşkilində mühüm rol oynayan bir qurumdur. Görüşdə l tədris ili tələbələrinin təşkilata cəlb olunması, TGT-nin bundan sonrakı fəaliyyətində aktiv iştirak etmələri ilə bağlı söhbətlər aparılıb.