Print 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.
ADPU-nun Şəki filialının rəhbərliyi və kollektivi tanınmış ictimai-siyasi xadim, millət vəkili Qənirə Paşayevanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!