Print 

2024-cü il fevral ayının 22-də ADPU-nun Şəki filialında Şəki regional " ASAN xidmət" mərkəzinin nümayəndələri ilə tələbələrin görüşü keçirilib. Görüşdə xidmətdə baş mütəxəssis vəzifəsində çalışan Dinarə Allahverdiyeva, Aylin Manaflı, Aygül Cavadova təmsil etdikləri qurumun fəaliyyət istiqamətləri haqqında geniş məlumat verib.
Tədbirdə əsas müzakirə mövzusu ölkəmizdə getdikcə daha geniş miqyası əhatə edən könüllülük hərəkatı, qanunvericilik bazası, onun ictimai əhəmiyyəti olub. Qeyd olunub ki, könüllülük fəaliyyəti tələbələrin gələcək kariyera inkişafında mühüm rol oynayır.
Daha sonra, tədbir diskussiya şəraitində davam etdirilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda Kariyera mərkəzinin müdiri Xuraman Həmidova qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən “ASAN xidmət” şəbəkəsi insanların yaşam şəraitini asanlaşdırmaqla yanaşı, dünyanın bir çox ölkələrində artıq model kimi istifadə olunur və tələbələri də “ASAN xidmət” könüllüləri sıralarına qoşulmağa çağırış edir.