Print 

24 fevral 2024-cü il tarixində Şəki Regional Debat Mərkəzinin nəzdində fəaliyyət göstərən ADPU-nun Şəki filialı Debat Klubunun təşkilatçılığı ilə "SUN ACADEMY" Psixoloji Xidmət Mərkəzinin psixoloqu Elvin Mabud tərəfindən "Bədən dili" mövzusunda təlim həyata keçirilib.
Təlim zamanı bədən dili, ünsiyyət və münasibət psixologiyası mövzuları ətrafında müxtəlif müzakirələr aparılıb. Təlim tələbələr tərəfindən maraqla qarşılanıb və fəal diskussiya şəraitində davam etdirilib.