Print 

27 fevral 2024-cü il tarixdə ADPU-nun Şəki filialında Həmkarlar İttifaqı Komitəsinin 2020-2024-cü illəri əhatə edən hesabat-seçki yığıncağı keçirilib. Yığıncağın işində ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vaqif Əliyev, komitənin təşkilat komissiyasının sədri, baş müəllim Hüseyn Hacıyev iştirak ediblər.
Hesabat-seçki yığıncağını filialın HİK-nin sədri baş müəllim Tahir Məhərrəmov açıb. Yığıncaqda HİK-nin 2020-2024-cü illəri əhatə edən hesabat məruzəsi dinlənilib. Məruzədə ölkəmizdə 2003-cü ildən sonra görülən işlər, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunması sahəsində yeritdiyi düşünülmüş xarici siyasət barədə geniş məlumat verilib, filialın uğurlarından bəhs edilib. Hesabat dövründə komitənin gördüyü işlərdən söhbət açılıb. Məruzə ətrafında müzakirələrdə filialın direktoru vəzifəsini icra edən dosent Nuralı Çələbiyev, filialın dosenti, riyaziyyat elmləri doktoru Rafiq Rasulov, filialın tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən Vüsal Baxışov, İnsan resursları və ümumi şöbənin müdiri Gülnar Kərimova, “Dillər və onların tədrisi texnologiyası” kafedrasının müdiri Əsmayə Əkbərova, mühəndis Umar Məhəmmədov və başqaları çıxış edərək, hesabat dövrü ərzində komitə tərəfindən görülən işlərdən söhbət açmış, komitənin hesabat dövründəki fəaliyyətinə “kafi” qiymət verilməsini təklif ediblər. Təklif səsə qoyulub və qəbul edilib, komitənin 9 nəfərdən ibarət heyət üzvləri seçilib.
Yığıncağın sonunda ADPU-nun HİK sədri Vaqif Əliyev çıxış edərək, görülən işlər, həyata keçirilən tədbirlər, qarşıda duran vəzifələr barədə geniş məlumat verib. Yığıncaqda müzakirə eilən məsələlər barədə qərar layihəsi qəbul edilib, ADPU-nun 2024-cü il mart ayının 5-də keçiriləcək növbəti XVIII konfransına nümayəndələr seçilib.