Print 

6 mart 2024-cü il tarixində ADPU-nun Şəki filialının “Dillər və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Vüsalə Həsənova Gənc Xarici Dil Müəllimləri Birliyinin təşkilatçılığı ilə Azərbaycanın müxtəlif bölgələrindən qoşulan ingilis dili müəllimləri və ixtisas üzrə təhsil alan tələbələrin iştirak etdiyi Paraphrasing and Restatement Strategies adlı təlim keçirib. Təlimdə 200-ə yaxın xarici dil müəllimi və tələbələr iştirak edib. Təlimçi Vüsalə Həsənova iştirakçılara ingilis dilində cümlələrin parafraz olunaraq dəyişməsi,sinonimlərin bu cümlələrdə istifadə olunma qaydaları haqda ətraflı məlumat verib. Pprosesdə istifadə etmək üçün müxtəlif onlayn alətlər, keçid linkləri, təlimin təqdimatı müdavimlərlə paylaşılıb. Xatırladaq ki, Vüsalə xanım eyni zamanda Azərbaycan Dillər Universitetinin dissertantıdır və öz peşəkarlıq qabiliyyətini artırmaq məqsədi ilə mütəmadi olaraq yerli və beynəlxalq təlimlərə həm təlimçi, həm də iştirakçı kimi qatılır. Əməkdaşımızı təbrik edir və təlimçilik fəaliyyətində uğurlar diləyirik!