Print 

ADPU-nun Şəki filialının direktoru vəzifəsini icra edən dosent Nuralı Çələbiyev və istehsalat təcrübə rəhbəri Asudə Bədəlova Şəki şəhər 7 nömrəli tam orta məktəbdə və Fizika Riyaziyyat və Humanitar Təmayüllü Liseydə olublar.Burada pedaqoji təcrübə və internatura keçən “Riyaziyyat və informatika müəllimliyi” , “Tarix və coğrafiya müəllimliyi”, “ Xarici dil (ingilis dili) müəllimliyi” və “İbtidai sinif müəllimliyi” ixtisaslarının V və IV tədris ili tələbələri ilə, həmçinin məktəbin rəhbərliyi ilə görüşüblər.
Daha sonra pedaqoji təcrübənin və internaturanın gedişi ilə yaxından tanış olmuş, çatışmamazlıqlar müzakirə edilərək, onların aradan qaldırılması ilə əlaqədar tələbələrə öz tövsiyələrini veriblər.Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.