Print 

2024-cü il aprel ayının 8-də ADPU-nun Şəki filalının “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasının IV tədris ili tələbəsi Şəlalə Allahverdiyeva pedaqoji internatura keçdiyi Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin VIIb sinfində “Dostluq haqqında mahnı” mövzusunda sınaq dərsi keçib. Sınaq dərsində ADPU-nun Şəki filialının direktoru dos.Vurğun Məmmədov, tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən tar.ü.f.d. Vüsal Baxışov, təcrübə rəhbəri Asudə Bədəlova, metodist Sahib Mikayılov, fənn müəllimi Günay Mustafayeva və həmin ixtisasın tələbələri iştirak edib.
Şəlalə Allahverdiyeva sınaq dərsi yeni təlim metodları əsasında hazırlayaraq təqdim edib. İnnovativ yanaşma əsasında qurulan dərs fəal məcrada davam edib, bu kimi dərs məşğələlərinə qoyulan tələb və standartlara əsasən riayət olunub. Qarşıya qoyulan vəzifələrin bir çoxu yerinə yetirilib.
Sınaq dərsindən sonra dərsin müzakirəsi təşkil edilib, irad və tövsiyyələr tələbənin diqqətinə çatdırılıb. Yekunda sınaq dərsinin təşkili “kafi” qiymətləndirilib.