Filialda inklüziv təhsillə bağlı təlimlər davam edir

Çap

27.04.19 02:02 ərzində olan dəyişikliklər Yazan Manager 27.04.19 01:51



Filialda inklüziv təhsillə bağlı təlimlər davam edirSon illər respublikamızda təhsil sahəsində uğurlu islahatlar həyata keçirilir. Həyata keçirilən islahatlar ölkəmizdə təhsilin inkişafına və Avropanın qabaqcıl təhsil təcrübəsinin öyrənilərək tətbiq edilməsinə münbit şərait yaradır. Avropa İttifaqinin maliyyə dəstəyi ilə RİİB və UNİCEF-in inklüziv təhsillə bağlı həyata keçirdiyi birgə layihələr də bu istiqamətdə görülən işlərdəndir. Həmin layihə çərçivəsində Azərbaycanın seçilmiş rayonlarında inklüziv təhsillə
bağlı təlimlər həyata keçirilir. İcrasına 2018-ci ildən başlanmış layihələr 2020-ci ildə sona çatacaq. Layihələrin həyata keçirilməsində əsas məqsəd Azərbaycanın seçilmiş regionlarında inklüziv təhsil üçün ibtidai sinif müəllimlərinin tədris imkanlarının və idarəetmənin, habelə pedaqoji resursların və bu sahədə təhsil siyasətinin təkmilləşdirilməsidir.
ADPU-nun Şəki filialında professor-müəllim heyəti üçün də həmin layihə çərçivəsində - inklüziv təhsil üzrə müəllim hazırlığı proqramları əsasında təlimlər keçirilib. 12-15 mart, 9-12 aprel 2019-cu il tarixlərində təşkil olunan təlimləri filialdan seçilmiş və beynəlxalq ekspertlər tərəfindən təlim almış müəllimlər aparıblar. Ümumilikdə filial üzrə 72 müəllimin təlimlərdə iştirakı nəzərdə tutulub. Onlardan 36 nəfər artıq təlimlərdən keçib. Təlimlərdə iştirak edən filial əməkdaşlarına sertifikat təqdim olunub.
Filialda inklüziv təhsillə bağlı təlimlər davam edirFilialda inklüziv təhsillə bağlı təlimlər davam edirFilialda inklüziv təhsillə bağlı təlimlər davam edirFilialda inklüziv təhsillə bağlı təlimlər davam edirFilialda inklüziv təhsillə bağlı təlimlər davam edirFilialda inklüziv təhsillə bağlı təlimlər davam edirFilialda inklüziv təhsillə bağlı təlimlər davam edirFilialda inklüziv təhsillə bağlı təlimlər davam edirFilialda inklüziv təhsillə bağlı təlimlər davam edir