ADA Universiteti ilə əməkdaşlıq əlaqələri genişlənir

Çap

03.12.19 16:04 ərzində olan dəyişikliklər Yazan Rəhbərlik 03.12.19 16:00



ADA Universiteti ilə əməkdaşlıq əlaqələri genişlənir02 dekabr 2019-cu il tarixdə ADPU-nun Şəki filialında ADA Universitetinin əməkdaşları ilə ikinci görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev ölkəmizdə dərinləşməkdə olan təhsil islahatları, o cümlədən ali təhsil sisteminin rəqabət qabiliyyətliliyinin artırılması sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən, ikili diplom və xaricdə doktorantura
təhsili proqramları haqqında məlumat verib, ADA Universitetini ölkəmizin yüksək reytinqli ali təhsil müəssisəsi olduğunu vurğulayıb.
Tədbirdə ADA Universitetinin Tələbə Qəbulu Şöbəsinin əməkdaşı Mahnur Abbasova, universitetin müəllimi Şəfəq Mehdiyeva, Emin Ələsgərov və vaxtilə həmin universiteti bitirmiş Sona Səlimli təmsil etdikləri universitetin infrastrukturu, ixtisasları, bakalavr və magistratura pillərələrinə qəbul qaydaları, xarici ölkələrlə tələbə mübadiləsi proqramları, təqaüd imkanları beynəlxalq əməkdaşlıq, məzunların məşğulluğu və s. barədə interaktiv təqdimatlarla çıxış ediblər.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
ADA Universiteti ilə əməkdaşlıq əlaqələri genişlənirADA Universiteti ilə əməkdaşlıq əlaqələri genişlənirADA Universiteti ilə əməkdaşlıq əlaqələri genişlənirADA Universiteti ilə əməkdaşlıq əlaqələri genişlənir