2019-cu ilin sonuncu Elmi Şura iclası keçirilib

Çap

25.12.19 12:16 ərzində olan dəyişikliklər Yazan Rəhbərlik 25.12.19 11:45



2019-cu ilin sonuncu Elmi Şura iclası keçirilib24 dekabr 2019-cu il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının növbəti geniş Elmi Şura iclası keçirilib. İclasda ADPU-nun Şəki filialının 23 nəfər Elmi Şura üzvündən 20 nəfəri və dəvət olunmuş filial əməkdaşları iştirak ediblər.
ADPU-nun Şəki filialının direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent, Elmi Şuranın sədri R.A. Rasulov Elmi Şura üzvlərini və filial əməkdaşlarını qarşıdan gələn 31 Dekabr Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə təbrik etdikdən sonra Elmi Şuranın müzakirəyə çıxaracağı iclas gündəliyi ilə iştirakçıları tanış edib.
Filialın elmi işlər üzrə direktor müavini, dos. N.Z.Çələbiyev “2019-cu ildə filialda yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunları və qarşıda duran vəzifələr haqqında” hesabatla çıxış edib.
Elmi Şurada həmçinin filialın “Humanitar fənlər kafedrasında tədris prosesinə və elmi-tədqiqat işlərinə rəhbərliyin və nəzarətin təşkili haqqında” məsələ müzakirə olunub.
“2019-2020-ci tədris ilinin payız imtahan sessiyasına hazırlığın gedişi vəziyyəti və qarşıda duran vəzifələr haqqında” üçüncü məsələ ilə bağlı filialın “Pedaqoji” fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru X.F. Abdullayeva, dördüncü məsələ-“Filialın “Məktəbəqədər təlim və tərbiyə” ixtisasında ixtisas fənləri üzrə tədris prosesinin təşkili və gedişi vəziyyəti haqqında” filialın “Ümumelmi fənlər” kafedrasının müdiri, dosent S.R. Bəbiyev hesabatla çıxış ediblər. Elmi Şuranın iclas gündəliyinin beşinci məsələsi filialın “Pedaqoji” və Filologiya” fakültə dekanlarının yarımillik hesabatlarının dinlənilməsinə həsr olunub. “Pedaqoji” fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru X.F.Abdullayeva və “Filologiya” fakültəsinin dekanı, dosent U.B.Mürşüdova dekanlıqların yarımillik fəaliyyətinin yekunları ilə bağlı Elmi Şura üzvlərinə geniş hesabat veriblər. Gündəliyə çıxarılmış məsələlər Elmi Şura üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra yekdil qərar qəbul edilib.

2019-cu ilin sonuncu Elmi Şura iclası keçirilib2019-cu ilin sonuncu Elmi Şura iclası keçirilib