ELMİ-PRAKTİK KONFRANS

Çap

19.02.15 20:32 ərzində olan dəyişikliklər Yazan Manager 19.02.15 19:27

 

ELMİ-PRAKTİK KONFRANS19 fevral  2015-ci il  tarixdə Şəki Şəhər İcra Hakimiyyəti, Şəki Şəhər Prokurorluğu, Şəki Şəhər (rayon) Polis Şöbəsi və AMİ-nin Şəki filialının birgə təşkilatçılığı ilə “Cəmiyyətdə sağlam həyat tərzinə və ictimai asayişə təhlükə yaradan hallara qarşı mübarizənin aktual məsələləri” mövzusunda elmi -praktik konfrans keçirilmişdir.

Şəki Şəhər İcra Hakimiyyətinin iclas zalında keçirilən konfransı Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açmış, Şəki şəhər (rayon) polis şöbəsinin rəis müavini, polis polkovnik leytenentı Rizvan Ramazanov “Gənclər arasında sağlam həyat tərzinə və ictimai asayişə təhlükə yaradan hallara qarşı mübarizə zamanın tələbidir” mövzusunda məruzə ilə çıxış etmişdir.
Konfransada Şəki şəhər (rayon) Polis şöbəsinin rəisi, polis polkovniki Əbülfət Rzayev, Şəki Rayon Prokuroru, Baş Ədliyyə Müşaviri Elmar Camalov çıxış etmiş, gənclər arasında narkomaniya, dini radikalizm, azyaşlı qızların ərə verilməsi və s.məsələlər ilə bağlı həyata keçirilən profilaktik və cəza tədbirlərindən bəhs etmişlər. Dialoq şəklində keçirilən müzakirələrdə filialın müəllim və tələbələri çıxış edənlərə suallarla müraciət etmiş və suallar cavablandırılmışdır.
Konfransda Şəki şəhər İcra Hakimiyyətinin məsul işçiləri, Gənclər və İdman idarəsinin rəisi, AMİ-nin Şəki filialını professor-müəllim heyətini təmsil edən 40 nəfər müəllim və 250 nəfər tələbə, bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

ELMİ-PRAKTİK KONFRANSELMİ-PRAKTİK KONFRANSELMİ-PRAKTİK KONFRANSELMİ-PRAKTİK KONFRANSELMİ-PRAKTİK KONFRANSELMİ-PRAKTİK KONFRANSELMİ-PRAKTİK KONFRANSELMİ-PRAKTİK KONFRANSELMİ-PRAKTİK KONFRANSELMİ-PRAKTİK KONFRANS