Xocalı Faciəsi – 23

Çap

26.02.15 10:51 ərzində olan dəyişikliklər Yazan Manager 26.02.15 07:51

 

Xocali-23Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi - şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Beləliklə, Xocalı şəhərində ermənilər tərəfindən əhaliyə - etnik azərbaycanlılara qarşı törədilmiş qanlı cinayətlər beynəlxalq hüquqi sənədlərə uyğun olaraq soyqırım kimi təqdim olunur və beynəlxalq hüququn prinsiplərinə əsasən bəşəriyyətə qarşı ən ağır cinayət hesab edilir.


Gənc nəsil tarixə qanla yazılan bu günü, bu faciəni unutmamalıdır. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda milli ruh və tarixə söykənən bir yaddaşın formalaşması naminə AMİ-nin Şəki filialının kitabxanasında da müxtəlif tədbirlər keçirilir, sərgilər hazırlanır. Bu il AMİ-nin Şəki filialının hazırladığı tədbirlər planında yer tutan Xocalı faciəsinin 23 - cü ildönümünə həsr olunmuş sərgi də bu qəbildəndir.
Sərgidə bu faciəyə həsr olunmuş müxtəlif materiallar, fotoşəkillər, kitablar nümayiş etdirilmişdir.