Print 

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Sabunçu Gənclər Evinin dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Sabunçu Gənclər Evində tələbələr arasında aprel döyüşlərinin ildönümünə həsr olunmuş "Qayıdış" adı ilə “Xəmsə” milli intellektual yarışı keçirilib. ADPU-nun Şəki filialının komandası da yarışda iştirak edib. Tələbələrimiz final turunda lll yerə layiq görülərək medal və diplomlarla təltif olunublar. Filialımızın tələbələrini qələbə münasibətilə təbrik edir, vətənimizin işıqlı hələcəyi və inkişafı naminə uğurlu fəaliyyət və təhsildə nailiyyətlər arzulayırıq.