Print 

ADPU-nun Şəki filialı Elmi Şurasının növbəti iclası keçirilib. İclasın sədri, direktor, dos. Rafiq Rasulov filialın 30 illik fəaliyyəti dövründə qazanılan uğurlardan, qarşıda duran vəzifələrdən bəhs edib. Sonra filialın Keyfiyyətin təminatı şöbəsinin müdiri Nərminə Nəsrullayevanın professor-müəllim heyətinin 2021-ci ilin nəticələrinə əsasən reytinq qiymətləndirilməsi üzrə hesabatı dinlənilib. Filialın mövcud kafedralarının əməkdaşlarının 2021-ci il üzrə göstəriciləri nəzərdən keçirilib, yüksək nəticə əldə edən əməkdaşların, eləcə də fəlsəfə doktorluğu proqramı üzrə dissertasiya müdafiə edən iki nəfər, dosent elmi adını almış bir nəfər əməkdaşın mükafatlandırılması ilə bağlı müvafiq qərar qəbul edilib.
Elmi Şuranın iclasında həmcinin filialın elmi işlər üzrə direktor müavini, dos. Nuralı Çələbiyevin, TEC-in sədri b.m. Səadət Feyzullayevanın, HİK-in sədri, b.m. Tahir Məhərrəmovun hesabatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.
Sonda filialın 30 illik yubileyi münasibətilə bir qrup əməkdaşa Fəxri Fərman təqdim olunub.