Print 

https://forms.office.com/Pages/ResponsePage.aspx?id=3pDSHzUb20GNxFhonLfaza3IY4ZOIRVIv8sZhl-Mi4lUMVQxUUUxUEZLWE5LTkY3NTdQMEZHMzVSTi4u

Azərbaycan Dövlət Pedaqoji Universiteti və EYUDER Azərbaycanın birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş «Region Müəllimlərinin Təhsil Zirvəsi» keçiriləcək. Zirvə əsasən region müəllimləri üçün nəzərdə tutulub. ADPU-nin Şəki filialında keçiriləcək “Zirvə”nin regionda təşkil edilməsinin əsas məqsədi region müəllimləri üçün təhsil yeniliklərini əlçatan etməkdir. Maraqlı məlumatların prezentasiya və “Master klass” şəklində təqdim edilməsi nəzərdə tutulur.”Təhsil Zirvəsi”ndə məktəblərdə çalışan və yeniliklər axtarışında olan müəllimlər iştirak edə bilərlər. İştirak etmək istəyən müəllimlər öncədən aşağıdakı forumu dolduraraq qeydiyyata düşə bilərlər.
Keçirilmə tarixi: 05.05.2022-ci il
Saat:11:00-da
Məkan :Azərbaycan Dövlət Pedaqoji Universitetin Şəki Filialı (Şəki şəhəri)