“Hüquqi dövlətimizin ali Qanunu - Konstitusiyamız”

Çap

 

11 noyabr 2011-ci il tarixdə AMİ-nin Şəki filialında konstitusiya gününə həsr olunmuş “Hüquqi dövlətimizin ali Qanunu- Konstitusiyamız” adlı elmi-nəzəri konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Şəki şəhər icra hakimiyyətinin şöbə müdiri S.Yusifov açmış, humanitar elmlər kafedrasının baş müəllimi T.M.Məhərrəmov məruzə ilə çıxış etmisdir. Elmi işlər üzrə direktor müavini dos. N.Z.Cələbiyev, tarix elmləri namizədi R.F.Sadıqov, tələbələrdən O.Məmmədov, N.Cəlilzadə, A.İbrahimova çıxışlar etmişlər.