Print 

QISA BİOQRAFİK MƏLUMAT

Sevil İbrahimova 1957-ci ildə Şəki rayonunda anadan olub, 1964-1972-ci illərdə Şəki şəhər 2 nömrəli məktəbdə təhsil almışdır. 1972-1976-cı illərdə Şəki Dövlət Pedaqoji Texnikumunda Əmək və Rəsmxətt ixtisası üzrə təhsil alıb, 1987-1991-ci illərdə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun “Ümumi Texniki Fənlər və Əmək” (ÜTF) ixtisasını bitirib.
Ailəlidir, bir övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1972-ci ildə Şəki Dövlət Pedaqoji Texnikumuna daxil olmuş və 1976-cı ildə həmin texnikumu Əmək və Rəsmxətt ixtisası üzrə bitirmişdir. 1987-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun “Ümumi Texniki Fənlər və Əmək” (ÜTF) ixtisası üzrə qəbul olmuş, 1991-ci ildə institutu bitirmişdir.
2012-ci ildə “Yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar” “Təlimçi” statusu almışdır. Təhsildə göstərdiyi fəaliyyətə görə Təhsil Naziri M.Cabbarovun əmrilə 2017-ci il 4 oktyabrda Azərbaycan Respublikasının Qabaqcıl Təhsil işçisi adına layiq görülmüşdür. 2018-ci il 4 oktyabr tarixində Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” adı ilə təltif edilmişdir.

ƏMƏK FƏALİYYƏTİ

1977-ci ildə - Şəki şəhər R.Əfəndiyev adına 10 saylı tam orta məktəbində müəllim
2000-ci ildə - Şəki şəhər Texnologiya texnikumunda müəllim
2007-ci ildə - Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim

TƏDRİS ETDİYİ FƏNLƏR

Texnologiya və onun tədrisi metodikası, Əmək və onun tədrisi metodikası

NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ1.”İbtidai siniflərdə şagirdlərin peşəyönümü işinin təşkili ,peşəyə maraq və peşə meyllərinin inkişaf etdirilməsi yolları.”( Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Azərbaycan. Mart-2009. Səh: 196-200)2.“Çalışqan ruhda təhsil alan tələbələrin karyera seşiminə təsiri.”(Beynəlxalq elmi jurnal.Azərbaycan. Cild-16. Say-2. 9 Fevral-2022. Səh:77-83)3.“Texnoloji maşın, cihaz, alət və mexanizmlərin iş prinsiplərinin mənimsədilməsi ilə bağlı metodik sistemin formalaşdırılması.” (İtaliyanın-Annali d’İtalia jurnalı №31.Aprel-2022 Səh:128-132)4.“Elektron texnologiyalarının tədrisinin əhəmiyyəti.”(5-ci Beynəlxalq elm və təhsildə innovativ texnologiyalar konfransı.Türkiyə-Tezislər toplusu. 20 İyun.2022.Səh: 391-394)5.“Ümumtəhsil pilləsində Texnologiya fənn kurikulumunun Fənnin məzmunu bloku” elementlərinin “sistem-struktur” yanaşma əsasında interpretasiyası.”(Polşa. İnternational inderendent scientifıc journal.№ 46.Yanvar-2023. Səh:18-26) F.İbrahimov6.“Ümumtəhsil pilləsində Texnologiya fənn kurikulumunun “Təlim strategiyaları bloku elementləri”nin “sistem-struktur” yanaşma əsasında interpretasiyası.”(Qazaxıstan.Endless lught in scıence.Yanvar-2023.Səh:3-15.) F.İbrahimov7.“Azərbaycan ümumtəhsil məktəblərində Texnologiya fənn kurikulumunun “Fənnin məzmunu bloku” elementlərinin “sistem-struktur” yanaşma əsasında şərhi.”( Beynəlxalq elmi jurnal.Azərbaycan. Cild-17,Say-2 Mart-2023. Səh:817).F.İbrahimov 8.TEZİS (Konfrans ) VI-IX siniflərdə Texnologiya dərslərində tədris edilən texnoloji maşınların ağır və yüngül sənaye sahələrində rolu.(Beynəlxalq Avropa elmi araşdırmalar konqresi. Ankara- 26 fevral.2023.Səh:43-51 )

PROQRAMLAR

1.Texnologiya və onun tədrisi metodikası. Bakı, 2022-ci il.
2.Əmək və onun tədrisi metodikası. Bakı, 2022-ci il