Print

QISA BİOQRAFİK MƏLUMAT

Rasimə Şamil qızı Bəkirova 17 avqust 1983-cü ildə Şəкi şəhərində anadan olub. 1989 - 2000- ci illərdə Şəki şəhər 12 saylı orta məкtəbdə, 2001- 2005-ci ci illərdə Baкı Dövlət Univеrsitеtinin Filologiya faкültəsinin bakalavr pilləsində təhsil alıb. 2005-ci ildə həmin univеrsitеtin filologiya faкültəsinin “Klassik Azərbaycan ədəbiyyatı” ixtisası üzrə magistraturasına qəbul olub, 2007-ci ildə oranı yalnız əla qiymətlərlə və fərqlənmə diplomu ilə bitirib. Həmin ildən ADPU-nun Şəki filialında baş müəllim kimi fəaliyyət göstərir. 2014-cü ildə BDU-nun Filologiya fakültəsi üzrə fəlsəfə doktorluğuna qəbul olunmuş, hal-hazırda AMEA-nın həqiqi üzvü, professor Nərgiz xanım Paşayevanın elmi rəhbərliyi altında “Cəlil Məmmədquluzadənin felyetonlarının mövzu, janr və üslub məsələləri” adlı dissertasiya mövzusu üzərində işləyir. Eyni zamanda “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi”, “Teledebat və diskussiya-şouların prodüserliyi”, “İnklüziv Təhsil üzrə Təlimçilərin Təlimi”, “Məktəbdə Sağlam-Emosional mühitin formalaşdırılması”(Anti-bullinq) və s. bir sıra yerli və beynəlxalq təlimlərdə iştirak edib və təlimçi kimi fəaliyyət göstərir.
Ailəlidir, bir övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2005-ci ildə Baкı Dövlət Univеrsitеtinin Filologiya faкültəsinin bakalavr pilləsini,
2007-ci ildə Baкı Dövlət Univеrsitеtinin magistraturasını bitirib.
2014-cü ildə BDU-nun Filologiya fakültəsi üzrə fəlsəfə doktorluğuna qəbul olub.

ƏMƏK FƏALİYYƏTİ

2007-ci ildə AMİ-nin Şəki filialında müəllim.
2013-2019-cu illərdə Şəki şəhər Çələbixan qəsəbə tam orta məktəbdə müəllim.
2019-cu ildə ADPU-nun Şəki filialında baş müəllim.

TƏDQİQAT SAHƏSİ
Azərbaycan ədəbiyyatı

TƏDRİS ETDİYİ FƏNLƏR

Azərbaycan ədəbiyyatı, İfadəli oxu, Bədii mətnin interpretasiyası, Ədəbiyyatdan praktikum, Ədəbiyyatın tədrisi metodikası, Məktəbəqədər müəssisələrdə nitq inkişafı metodikası.

NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ

1. Cəlil Məmmədquluzadənin yaradıcılığında multikulturalizm. Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri. Multikulturalizmə həsr olunmuş Beynəlxalq elmi konfransın materialları, Bakı, 2016, 8-9 sentyabr, s. 191-196.
2. Mirzə Cəlilin felyetonlarında elmsiz din yoxsa, dinsiz elm?. Dil və ədəbiyyat (Beynəlxalq elmi-nəzəri jurnal), 1(97), Bakı: BDU, 2016, s.168-171.
3. Türk dilində danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir. Filologiya məsələləri. №4, Bakı: Elm və təhsil, 2016, s. 69-74.
4. “Molla Nəsrəddin” jurnalının türk mədəniyyət tarixinə təsiri. III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu, Həmzə Nigariyə həsr olunmuş Beynəlxalq elmi Simpoziumun materialları, №3, Şamaxı: ADPU Şamaxı filialı, 2017, 17-18 may, s. 400-404.
5. Mirzə Cəlilin felyetonlarında mütaliə mövzusu. Gənc Alimlərin II Beynəlxalq Elmi Konfransı, №2, Gəncə: GDU, 2017, 26-27 oktyabr, s.269-272.
6. Проблема свободы женщин в фельетонах Мирзы Джалила. Науковий вiсник Мiжнародного гуманiтарного унiверситету. Серiя: «Фiлологiя». Випуск 29 том 1, 1(29), Одеса: МГУ, 2017, s.87-96.
7. İstiqlal günəşi Mirzə Cəlil yaradıcılığında XIX əsrin sonu XXI əsrin əvvəllərində milli oyanış. Azərbaycan Xalq Cümhuriyyəti-100: Müsəlman Şərqində ilk Parlamentli Respublika. Xalq Cümhuriyyətinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları, Bakı: Bakı, 2018 , 21-23 may, s.87-89.
8. Mirzə Cəlilin felyetonları və bədii nəsri mövzular, problemlər kontekstində. Elmi xəbərlər. Fundamental humanitar və təbiət elmləri seriyası, №2, Cəncə: GDU, 2018, s. 78-85.
9. The genre of feuilleton which prospering with “Molla Nasraddin”. 2.İnternational Black Sea Modern Scientific Research Congress, №3, Türkiyə: Rizə, 2022, s. 27-36.
10. Azərbaycan ədəbiyyatında ilk felyeton təşəbbüsləri. Filologiya məsələləri.14-cü buraxılış, Bakı: Elm və təhsil, s.273-28.