Print

Tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən tar.ü.f.d.Vüsal Baxışov və istehsalat təcrübə rəhbəri Asudə Bədəlova Şəki şəhər Kiş kənd 4 saylı tam orta məktəbdə olub. Burada pedaqoji internatura keçən “Xarici dil müəllimliyi (fransız dili üzrə)” ixtisasının IV tədris ili tələbələrilə və məktəbin rəhbərliyi ilə görüşüb. Görüş zamanı tələbələrə yaradılmış şəraitə görə məktəb rəhbərliyinə təşəkkür edilib, onlardan xahiş edilib ki, tələbələrə təkcə pedaqoji fəaliyyət deyil, eyni zamanda məktəb idarəçiliyi, vərdiş və bacarıqları da öyrədilsin.
Daha sonra pedaqoji internaturanın gedişi ilə yaxından tanış olunub, qarşıya qoyulan vəzifələr bir daha nəzərə çatdırılıb. Meydana çıxan çatışmazlıqlar müzakirə edilərək, onların həlli yollarına aydınlıq gətirilib.