Print 

2024-cü ilin mart ayının 12-də Şəki Regional “ASAN Xidmət”in təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Tullantıdan incəsənət” adlı əl işləri müsabiqəsi keçirilib. Müsabiqəyə təqdim edilmiş əl işləri zərərli olmayan tullantılardan hazırlanıb. Müsabiqədə filialın “Məktəbəqədər təhsil” ixtisasının III tədris ili tələbələri fəallıq göstərib, əl işlərini təqdim ediblər.
Müsabiqənin yekununda tələbələrə Təşəkkürnamə təqdim edilib.