Print

18 mart 2024-cü il tarixdə ADPU-nun Şəki filialının tələbə qrupları arasında “Ən yaxşı Novruz xonçası” adlı baxış-müsabiqə təşkil olunub. Tədbir iştirakçılarnı salamlayan filialın direktoru vəzifəsini icra edən dosent Nuralı Çələbiyev iştirakçılara Novruz bayramı, onun tarixi, xalqımızın milli-mənəvi dəyərlər sistemində yeri haqqında məlumat verib, Novruz adət-ənənələrindən, bayramla bağlı inanclardan bəhs edib, filialın işçi və tələbə kollektivini bayram münasibəti ilə təbrik edib.
Filial əməkdaşlarından dosentlər Rafiq Rasulov və Ulduz Mürşüdova çıxış edərək Novruzla bağlı təəssüratlarını bölüşüb, kollektivi təbrik ediblər.
Daha sonra tələbə qruplarının müsabiqəyə təqdim etdikləri bayram xonçalarına münsiflər tərəfindən baxış keçirilib, ən yaxşı bayram xonçalarını hazırlamış qruplar elan edilib. Onların müvafiq olaraq I,II,III dərəcəli diplomlarla mükafatlandırılması nəzərdə tutulur.
Baxış-müsabiqənin sonunda Şəhid ailələri ziyarət olunub, təqdim edilmiş 30-a yaxın Novruz xonçası müəllim və tələbələrin iştirakı ilə Şəki şəhərindəki Vətən Müharibəsi Şəhidlərinin ailələrinə bayram sovqatı olaraq paylanılıb.