Print

2024-cü il mart ayının 19-da ADPU-nun Şəki filialının “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının IV tədris ili tələbələri internaturada olduqları Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 nömrəli tam orta məktəbdə məktəbin müəllimləri ilə birgə “Novruz şənliyi” keçiriblər. Tədbirdə məktəbin rəhbər heyəti, müəllim və şagirdləri, həmçinin filialın tələbələri və Pedaqoji təcrübə rəhbəri Asudə Bədəlova iştirak edib.Tədbirdə məktəbin direktoru Büllur Abdulsəlimli çıxış edərək tədbir iştirakçılarına öz təşəkkürünü bildirib və bayramlarını təbrik edib.