Print

28 mart 2024-cü il tarixdə ADPU-nun Şəki filialına ADPU-nun rektoru, professor Cəfər Cəfərovun təqdimatı, Elm və Təhsil naziri Emin Əmrullayevin əmri ilə yeni təyin olunmuş direktorun kollektivə təqdim olunması mərasimi keçirilib.
ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Ümumi işlər üzrə prorektor Tural Cəlilov, rektorun müşaviri Ümid Mehdiyev təqdimat mərasimində iştirak ediblər. Dosent Eldar Aslanov filiala yeni təyin edilmiş direktor, tarix üzrə fəlsəfə doktoru, dosent Vurğun Məmmədov haqqında qısa bioqrafik məlumatlarla kollektiv üzvlərini tanış edib.
Təqdimat mərasimində filialın sabiq direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulov, elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev çıxış edərək yeni təyinatla bağlı öz təəssüratlarını bölüşüb, direktor, dosent Vurğun Məmmədova yeni rəhbərlikdə, fəaliyyətində uğurlar arzulayıblar.
Tədbirin sonunda prorektor Eldar Aslanov tərəfindən filialın 8 nəfər əməkdaşına “ADPU-nun 100 illiyi” yubiley medalı, Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Proqramlaşdırma dilləri-1” (Pyton) təlimlərində iştirak etmiş 5 nəfər müəllimə isə yüksək nəticələrə görə sertifikatlar təqdim olunub, xatirə şəkilləri çəkilib.
Günü ikinci yarısında ADPU-nun prorektorları və rektorun müşaviri filialın ayrı-ayrı əməkdaşları ilə təkbətək görüşlər keçirib, auditoriyalarda tələbələrlə görüşüb, onların problemlərini dinləyib, dərslərdə iştirak ediblər.