Print

2024-cü ilin aprel ayının 4-5-i tarixlərində filialın Pedaqoji fakültəsi üzrə növbəti tədris ilində tədris ediləcək fənlər üzrə məlumatlandırma sessiyaları təşkil edilib. Sessiyalarda tələbələrə seçmə fənn anlayışı, onun mahiyyəti, tədqiqat obyekti, xüsusiyyətləri və növbəti tədris ilinin tədris planında əksini tapmış seçmə fənlər haqqında geniş məlumat verilib. 2024/2025-ci tədris ilində tədris edilməsini arzuladıqları seçmə fənlərin tələbələrin özlərinin seçməsinin vacibliyi qeyd edilib. Daha sonra tələbələrə “Seçmə fənn təklifi vərəqi” adlı daxili sənəd paylanılıb və tələbələr arzu etdikləri fənləri seçmişlər.
Məlumatlardırma sessiyaları qarşıdakı günlər ərzində də davam edəcəkdir.