Print

Aprelin 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində fəaliyyət göstərən İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin layihəsi çərçivəsində “Technest” təqaüd proqramı haqqında maarifləndirici tədbir keçirilib.
Filialın Karyera mərkəzinin rəhbərliyi və DİV Academy MMC-nin təşkilatçılığı ilə təşkil olunan tədbirdə təsisçi Eldar Əhmədzadə, direktor Aygün Mirzəliyeva, karyera məsləhətçisi Murad Ağazadə, tələbə- koordinator Nəzrin Hüseynova, marketinq mütəxəssisi Orxan Abbasov, tələbələr, eləcə də buraxılış kurslarının tələbələri iştirak ediblər. Tədbirdə “Technest” təqaüd proqramı haqqında geniş məlumat verilib. Qeyd edilib ki, “Technest” təqaüd proqramı informasiya kommunikasiya texnologiyaları sahəsində təqaüd verən milli təqaüd proqramı olub həyata keçirilməsində əsas məqsəd ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək, əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır.
Tədbirdə məsələ ilə bağlı ətraflı müzakirə aparılıb, suallar cavablandırılıb.
Qeyd edək ki, layihə çərçivəsində seçilən gənclərə ödənişsiz olaraq rəqəmsal marketinq dərslərini dinləmək imkanı yaradılacaqdır.