Print

ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrası filialın “Tarix müəllimliyi” və “Tarix və coğrafiya müəllimliyi” ixtisaslarında təhsil alan tələbələr üçün yeni layihəyə stat verib. Layihədə qarşıya qoyulan əsas vəzifə tələbələrdə tədrisin keyfiyyətinin artırılması və əyaniliyin təmin edilməsidir. Bu əsnada 2024-cü ilin aprel ayının 22-də layihənin tanıtımı məqsədilə ilk tədbir həyata keçirilib. Belə ki, Humanitar fənlər kafedrasının baş müəllimi Tahir Məhərrəmov “Tarix müəllimliyi” ixtisasının II tədris ili və “Tarix və coğrafiya müəllimliyi” ixtisasının III tədris ili tələbələri ilə Yuxarıbaş Tarixi Memarlıq Qoruğunda olub. Tarixi Memarlıq Qoruğunun ərazisi, tarixi, burada qorunan tarixi abidələr haqqında tələbələrə məlumat verib. Filialın tələbələri Şəki Xan Sarayı, Şəki Xan Məscidi, Yuxarı Karvansaray, Şəkixanovların evi və Azərbaycanın görkəmli komidiya ustası, dramaturq Sabit Rəhmanın ev muzeyində olub.
Qarşıdakı həftələr ərzində Humanitar fənlər kafedrasının müvafiq ixtisaslarda tədris aparan fənn müəllimləri də tələbələrin bir sıra seminar məşğələlərinin Şəki şəhərinin ərazisində yerləşən tarixi memarlıq abidələrində, eyni zamanda xatirə muzeylərində tədris edilməsini planlaşdırıb. Ekskursiyanın nəticələri barədə auditoriyada müzakirələr aparılıb.