Print

ADPU-nun Şəki filialında Fənn olimpiadasına hazırlıqla bağlı Təşkilat Komitəsinin iclası keçirilib. İclası giriş sözü ilə açan Təşkilat Komitəsinin sədri Vüsal Baxışov bildirib ki, cari ilin aprel ayının 26-da keçirilməsi planlaşdırılan fənn olimpiadasına hazırlıq işləri tamamilə yekunlaşıb. İştirakçılar qeydiyyatdan keçib, suallar tərtib olunub.
İclasın gedişində Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, professor Firədun İbrahimov, Filologiya fakültəsinin dekanı, dos. Ulduz Mürşüdova, Pedaqoji fakültənin dekanı, fil.ü.f.d. Xalidə Abdullayeva, Dillər kafedrasının müdiri, b.m. Əsmayə Əkbərova, Karyera mərkəzinin müdiri, b.m. Xuraman Həmidova olimpiadaya hazırlıqla bağlı fikir və mülahizələrini bildiriblər.