İnsan alverinə qarşı mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib

Çap

07.05.19 08:17 ərzində olan dəyişikliklər Yazan Rəhbərlik 07.05.19 08:14



İnsan alverinə qarşı mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib06 may 2019-cu il tarixdə ADPU-nun Şəki filialında İnsan alverinə qarşı mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan filialın direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulov insan alveri cinayətinin ağır bir cinayət hadisəsi olduğuna diqqət çəkərək, bu cinayətin törədilməsi motivlərindən, doğurduğu ağır
sosial və hüquqi nəticələrdən bəhs edib.
Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovniki Fuad Əliyevin təqdimatında “İnsan alverinin mahiyyəti, doğurduğu təhlükələr və onlarla mübarizə” mövzusunda geniş məruzəsi dinlənilib, videoçarx nümayiş etdirilib.
Məruzəçi qeyd edib ki, qloballaşan müasir dünyada insan alveri öz miqyasına, ağır sosial-hüquqi nəticələrinə və qanunsuz gəlir əldə etmək baxımından narkotika, silah alveri kimi qeyri-qanuni biznes formalarından sonra üçüncü yerdə durur. İnsan alverinin törədilməsi məcburi əmək, cinsi istismar, köləlik, insan orqan və toxumalarının çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması qadının surroqat ana kimi istifadə olunması, uşaq alqı-satqısı kimi formalarda özünü göstərir.
Son illər respublikanızda bu cür cinayət hallarına qarşı mübarizə daha da gücləndirilib, xüsusi Baş İdarə yaradılıb, Baş İdarənin nəzdində 24 saat ərzində pulsuz fəaliyyət göstərən 152 qaynar xətt- rabitə xidməti yaradılıb.
Təqdimatın sonunda məruzəçi tələbələri maraqlandıran sualları cavablandırıb.
İnsan alverinə qarşı mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilibİnsan alverinə qarşı mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilibİnsan alverinə qarşı mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilibİnsan alverinə qarşı mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib