Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Çap

20.05.19 16:50 ərzində olan dəyişikliklər Yazan Rəhbərlik 20.05.19 16:28



Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib20 may 2019-cu il tarixdə ADPU-nun Şəki filialında Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfransda filialın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Konfransı giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev milli dramaturgiyamızın təşəkkülündə və inkişafında yeni mərhələnin başlanğıcını qoymuş Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan respublikası Prezidentinin 17 dekabr 2018-ci il tarixli Sərəncamına diqqət çəkərək qeyd edib ki, böyük ədib və dramaturqun yubileyinin keçirilməsi ilə əlaqədar Mədəniyyət, Təhsil Nazirliklərinə, AMEA-ya və Azərbaycan Yazıçılar Birliyinə tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırığı verilib. O qeyd
edib ki, böyük dramaturqun yüzilliyi ilə əlaqədar bu gün keçirilən konfrans filialda keçirilən silsilə tədbirlərdən biridir.
Konfransda Humanitar fənlər kafedrasının baş müəllimi Pakizə Zakirovanın təqdimatında “Cəfər Cabbarlı-şəxsiyyəti və yaradıcılığı” adlı məruzə dinlənilib. Filialın baş müəllimləri İlahə Süleymanova “Cəfər Cabbarlının lirikası”, Rasimə Əhmədova “Cəfər Cabbarlının yaradıcılığında ana mövzusu”, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşı Günel Musayeva “Cəfər Cabbarlı və Azərbaycan teatrı” mövzusunda çıxışlar ediblər.

Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilibCəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilibCəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilibCəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilibCəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilibCəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilibCəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib