XALQ ŞAİRİ BƏXTİYAR VAHABZADƏNİN YARADICILIĞINA HƏSR OLUNMUŞ “AXI DÜNYA FIRLANIR” ADLI TƏDBİR KEÇİRİLİB

Çap

24.05.19 12:18 ərzində olan dəyişikliklər Yazan Rəhbərlik 24.05.19 12:09



XALQ ŞAİRİ BƏXTIYAR VAHABZADƏNİN YARADICILIĞINA HƏSR OLUNMUŞ “AXI DÜNYA FIRLANIR” ADLI TƏDBIR KEÇİRİLİBMay ayının 23-də ADPU-nun Şəki filialında Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş “Axı dünya fırlanır ” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə filialın tərbiyə işləri üzrə təşkilatçısı X.İ Həmidova açaraq görkəmli ədibin keçdiyi həyat yolu, yaradıcılığı haqqında məlumat verib. Sonra söz tədbirin aparıcısı “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının I tədris ilinin tələbəsi Aytac Salmanzadəyə verilib.
Tədbirdə əvvəlcə “İbtidai sinif müəllimliyi” ixtisasının birinci tədris ilinin tələbəsi Aişənur İsmayılova şairin həyatı haqqında məruzə ilə çıxış edib. Sonra filialın “İbtidai sinif müəllimliyi” ixtisasının I tədris ilinin
tələbələri Xatirə Salamova, Aişənur İsmayılova, Dinarə Yunusova, Münəvvər İsmayılova, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının I tədris ilinin tələbələri Firuzə Məmmədli, Aytac Salmanzadənin ifasında şairin şeirləri səsləndirilib. “Təhsildə sosial psixoloji xidmət” ixtisasının II tədris ilinin tələbəsi Ayxan Sədullazadənin ifasında “Bu ayrılıq nədən oldu”, “Biri sənsən, biri mən” mahnıları gecənin daha maraqlı keçməsinə səbəb olub. Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını əhatə edən videoçarx da iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda Humanitar fənlər kafedrasının baş müəllimi İlahə Süleymanova çıxış edərək Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatı tarixində mövqeyindən danışıb və gecənin hazırlanmasında rolu olan bütün müəllim və tələbələrə təşəkkür edib, onlara təhsildə uğurlar arzulayıb.
XALQ ŞAİRİ BƏXTIYAR VAHABZADƏNİN YARADICILIĞINA HƏSR OLUNMUŞ “AXI DÜNYA FIRLANIR” ADLI TƏDBIR KEÇİRİLİBXALQ ŞAİRİ BƏXTIYAR VAHABZADƏNİN YARADICILIĞINA HƏSR OLUNMUŞ “AXI DÜNYA FIRLANIR” ADLI TƏDBIR KEÇİRİLİBXALQ ŞAİRİ BƏXTIYAR VAHABZADƏNİN YARADICILIĞINA HƏSR OLUNMUŞ “AXI DÜNYA FIRLANIR” ADLI TƏDBIR KEÇİRİLİBXALQ ŞAİRİ BƏXTIYAR VAHABZADƏNİN YARADICILIĞINA HƏSR OLUNMUŞ “AXI DÜNYA FIRLANIR” ADLI TƏDBIR KEÇİRİLİBXALQ ŞAİRİ BƏXTIYAR VAHABZADƏNİN YARADICILIĞINA HƏSR OLUNMUŞ “AXI DÜNYA FIRLANIR” ADLI TƏDBIR KEÇİRİLİBXALQ ŞAİRİ BƏXTIYAR VAHABZADƏNİN YARADICILIĞINA HƏSR OLUNMUŞ “AXI DÜNYA FIRLANIR” ADLI TƏDBIR KEÇİRİLİBXALQ ŞAİRİ BƏXTIYAR VAHABZADƏNİN YARADICILIĞINA HƏSR OLUNMUŞ “AXI DÜNYA FIRLANIR” ADLI TƏDBIR KEÇİRİLİBXALQ ŞAİRİ BƏXTIYAR VAHABZADƏNİN YARADICILIĞINA HƏSR OLUNMUŞ “AXI DÜNYA FIRLANIR” ADLI TƏDBIR KEÇİRİLİB