“Səlis” – Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin təqdimatına həsr olunmuş tədbir keçirilib

Çap

27.05.19 09:43 ərzində olan dəyişikliklər Yazan Rəhbərlik 27.05.19 09:36



“Səlis” – Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin təqdimatına həsr olunmuş tədbir keçirilib24 may 2019-cu il tarixində ADPU-nun Şəki filialında Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “Səlis”- Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə sisteminin təqdimatına həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev qeyd edib ki, ölkə prezidenti cənab İlham Əliyevin Sərəncamı
ilə 2007-ci ildə Respublikamızda “Elektron Hökumət” layihəsinin həyata keçirilməsinə start verilib. Bu layihənin gerçəkləşməsində dövlət qrumları ilə yanaşı, qeyri- hökumət təşkilatları da fəal iştirak edirlər.
2019-cu ildə ilk dəfə olaraq ölkəmizdə vətəndaşların qrant müsabiqələrinə təqdim olunan QHT layihələrinin maliyyələşdirilməsi üçün “E-Vənəndaş” qiymətləndirmə mexanizmi yaradılıb.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndələri Qalib Nəbiyev və Səbuhi Məımmədov yeni layihənin mahiyyəti, Şuranın “e-qht.az” saytında qeydiyyatdan keçmə və layihələrin dəstəklənməsi qaydaları barədə geniş təqdimatla çıxış ediblər. Qeyd olunub ki, QHT-lərin təqdim etdiyi Qrant layihələrin maliyyələşdirilməsində vətəndaşların fəallığının artırılması vətəndaş cəmiyyətinin təşəbbüslərinin dəstəklənməsi baxımından kreativ sosial layihə kimi dəyərləndirilə bilər.
“Səlis” – Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin təqdimatına həsr olunmuş tədbir keçirilib“Səlis” – Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin təqdimatına həsr olunmuş tədbir keçirilib“Səlis” – Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin təqdimatına həsr olunmuş tədbir keçirilib“Səlis” – Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin təqdimatına həsr olunmuş tədbir keçirilib