TƏLƏBƏMİZ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLDÜ

Çap



TƏLƏBƏMİZ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLDÜDekabrın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü və təşkilatçılığı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2020-ci ilin gəlişi münasibətilə tədbir keçirilib. Tədbirdə universitetin rəhbərliyi, müəllim və tələbə heyəti, həmçinin filiallardan tələbələr iştirak edib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının
Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan rektor professor Cəfər Cəfərov hər kəsi 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib, onlara təhsil və ictimai fəaliyyətlərində uğurlar arzulayıb.
“Bədii-yaradıcılıq” müsabiqəsinin finalçılarının da iştirak etdiyi tədbirdə müxtəlif kompozisiyalar nümayiş olunub. Nihat Məlikov, Radji, Ayaz Babayev, Gülnar Cəlilova, Xəyal Hümbətov, Metamorf və İbrahim Cəfərov öz musiqi nömrələri ilə konsert proqramına xüsusi rəng qatıblar. Həmçinin müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandırılıb. Filialımızın xarici dil İngilis dili müəllimliyi ixtisasının IV tədris ilinin tələbəsi Gülnar Cəlilova xalq mahnısı nominasiyası üzrə I yerə layiq görülüb.