Print 

Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, professor F.N.İbrahimov, kafedranın baş müəllimi, riyaziyyat üzrə fəlsəfə doktoru V.Ə.Abdurahmanov, baş müəllim M.N.Kərimovanın üzərində birgə işlədikləri “Ədədlər və əməllər məzmun xətti üzrə standartların reallaşdırılma texnologiyası” adlı dərs vəsaiti çapdan çıxmışdır.
Dərs vəsaitində ümumtəhsil məktəblərində riyaziyyat fənnində əsas və alt standartlar məzmun xətləri, siniflər, tədris vahidləri və mövzular üzrə təqdim olunur və ümumi təhsildə ehtiva olunan riyaziyyatın tərkib hissəsinin – “Ədədlər və əməllər” məzmun xəttinin, “sistem-struktur” baxımdan məxsusi yer tutmasına diqqət yönəldilir. Sözügedən metodoloji yanaşma əsasında “Ədədlər və əməllər” məzmun xəttinin ehtiva etdiyi elementlərin ümumtəhsil məktəbinin fənlər sistemində xüsusi yeri olan riyaziyyat fənni üzrə proqramın çağırışlarına müvafiq xüsusiyyətləri açıqlanır və ümumtəhsil məktəblərində riyaziyyatın tədrisində “Ədədlər və əməllər” məzmun xətti üzrə tandartların reallaşdırılması texnologiyası interpretasiya olunur.
Dərs vəsaiti pedaqoji təmayüllü ali məktəblərdə, universitetlərdə “Riyaziyyat”, “Riyaziyyat və informatika müəsllimliyi”, “İbtidai sinif müəllimliyi” ixtisasları üzrə təhsil alan tələbələr, ümumtəhsil məktəblərində işləyən riyaziyyat müəllimləri üçün nəzərdə tutulmuşdur. Magistrantlar və doktorantlar da bu vəsaitdən faydalana bilərlər.