Print 

2024-cü il may ayının 2-də ADPU-nun Şəki filialında təhsil alan “İbtidai sinif müəllimliyi” ixtisasının IV tədris ili tələbələri ilə bu ixtisas üzrə yaradılmış pedaqoji internaturanın müdafiə komissiyasının görüşü təşkil edilib.
Görüşü giriş sözü ilə açan tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən tar.ü.f.d. Vüsal Baxışov qeyd edib ki, artıq demək olar ki, internatura sonuncu mərhələsindədir. Fəal şəkildə keçən internatura prosesində əksər tələbələr sınaq dərslərini uğurla keçib, paralel olaraq tələbələr məktəb idarəçiliyi ilə kafi hesab ediləcək səviyyədə tanış olublar, təhkim olunduqları baza müəssisələrində sinifdənxaric tədbirlərin təşkilində fəallıq göstəriblər. Eyni zamanda onlara təhkim olunan metodist, psixoloq, fənn müəllimləri də dövr ərzində internaturanın yüksək səviyyədə keçirilməsinə öz töhfələrini veriblər.
Bu tədris ilində internaturanın təşkili ilə bağlı əhəmiyyətli yeniliklər tətbiq olunub və bu yeniliklər barədə dövri olaraq, tələbələrə geniş məlumatlar və təlimatlar verilib. Burada əsas məqsəd tərtib olunaraq təhvil verilməli olan sənədlərin müvafiq standartlara cavab verilməsinin təmin edilməsidir.
Daha sonra həmin ixtisas üzrə pedaqoji internatura komissiyasının sədri dos. Sədrəddin Bədiyev, pedaqoji fakültənin dekanı fil.ü.f.d. Xalidə Abdullayeva internatura prosesi ilə bağlı öz fikirlərini tələbələr ilə bölüşüb, sonunda tələbələri maraqlandıran sualları cavablandırıblar.