14 fevral 2020-ci il tarixdə ADPU-nun Şəki filialının Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının yığıncağı olub. Kafedra yığıncağının gündəliyinə üç məsələ daxil edilib. Öncə 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının yekunları müzakirə olunub. Kafedra əməkdaşlarının tədris etdikləri fənlər üzrə imtahan nəticələrinə təhlil verib, təhsil keyfiyyətinin yüksəldilməsi istiqamətində yaz semestrində həyata keçirilməli olan tədbirlərin mündəricatı formulə olunub.
İkinci məsələ kimi 2019-2020-ci tədris ilinin yaz semestri üzrə təqvim-tematik planlar müzakirə predmeti qismində təqdim olunub. Professor F.N.İbrahimov sillabusların tərtibinə verilən tələbləri və bunların gözlənilməsinin vacibliyini diqqət mərkəzinə çəkmişdir. Yığıncaqda sillabusların məzmun və strukturu barədə ümumi qənaət formalaşdırılmış və qəbul edilib.
Üçüncü məsələ “2019-2020-ci tədris ilinin yaz semestrində kafedra üzrə keçiriləcək açıq dərslərin plan qrafikinin müzakirəsi və təsdiqi haqqında” adı altında müzakirəyə çıxarılıb. Bu məsələ ilə bağlı maraq doğuran fikirlər səsləndirilmiş, nümunə dərslərinin təşkilinin faydalılığının daha da artırılması yollarına münasibət bildirilib, bu yollardan yaradıcılıqla istifadə olunması qabaqcıl təcrübə subyektlərinə tövsiyə olunub.





001002003
fondeduadpubir

VKkj