Azərbaycan Dövlət Pedoqoji Universitetinin
TƏLƏBƏLƏRİNİN NƏZƏRİNƏ

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” 2020-ci il 13 aprel tarixli 138 nömrəli qərarına dəyişiklik edilmiş və sosial baxımdan həssas qrupa aid edilən ailələrin üzvü olan
Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan tələbələrin 2020/2021-ci tədris ilinin yaz semestri (yarımil) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portal vasitəs ilə sosial baxımdan həssas qrupuna aid edilən tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu 19 may 2021-ci il tarixindən aktivləşdirir.
Aşağıdakıların nəzərə alınmasını Sizlərdən xahiş edirik:
1. 2020/2021-ci tədris ilinin payız semestri yarımili üçün təhsil xərcləri dövlət tərəfindən ödənilməsi həyata keçirilən tələbələrin 2020/2021 tədris ilinin yaz semestri yarımili üçün https://e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur. Həmin tələbələrin 2020/2021-ci tədris ilinin payız semestri üçün sistemdəki müraciətləri əsas götürülərək onların 2020/2021 tədris ilinin yaz semestri yarımili üçün sosial baxımdan həssas əhali qrupuna aid edilən üzvü olması statusu elektron informasiya sistemi tərəfindən avtomatik rejimdə yoxlanılacaq, hüququ olan tələbələr üçün təhsil haqqı xərcləri təhsil müəssisələrinə ödəniləcək və bu barədə tələbələrə SMS məlumat göndəriləcəkdir.
2. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq sistemə müraciət etməyən və ya statusu yeni əldə edən tələbələr 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına mütləq qaydada müraciət etməlidirlər.
3. https://e-telebe.edu.az elektron portalı vasitəs ilə tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu isə iyun ayının 7-dək aktiv olacaq.

Bu məsələ ilə bağlı sualı olan tələbələr öz tyutorlarına və ya fakültələrinə müraciət edə bilərlər.





001002003
fondeduadpubir

VKkj