07 dekabr 2021-ci il tarixdə Şəki Dövlət Yol Polisi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki nümayəndəliyi ilə birlikdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında maarifləndirici tədbir keçirilib.Tədbir, mövcud pandemiya qaydalarına uyğun olaraq, tibbi maskadan istifadə etməklə və sosial məsafə gözlənilməklə keçirilib.Tədbirin keçirilməsində əsas məqsəd yeniyetmələrin və gənclərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi olduğu qeyd olunub.

Tədbirdə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının elmi işlər üzrə direktor müavin, p.ü.f.d.dos. Nuralı Çələbiyev, Karyera Mərkəzinin müdiri Xuraman Həmidova, GİKM-nin Şəki nümayəndəliyinin direktoru Sahil Babazadə və tələbələr iştirak ediblər.
Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” və “Nəqliyyat vasitələrinin sürücülük hüququ olmadan idarə edilməsi hallarına yol verilməməsi və nəqliyyat vasitələrinin yetkinlik yaşına çatmayan şəxslər tərəfindən idarə edilməsi hallarının qarşısının alınması mövzularında çıxış edərək, yeniyetmələrin və gənclərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirildiyini bildirib. Qeyd olunub ki, aparılan bu profilaktiki tədbirlər müsbət nəticə verib. Belə ki, xidməti ərazidə carı ildə bugünədək olan dövr ərzində piyadanın yol hərəkəti qaydasını pozması səbəbindən heç bir yol-nəqliyyat hadisəsi baş verməyib. Eləcədə azyaşlı və yeniyetmələr tərəfindən nəqliyyat vasitəsinin idarə edilərək yol nəqliyyat hadisəsinin törədilməsi faktı qeydə alınmayıb.
Tədbir diskusiya şəklində keçirilib. Sualların cavablandırılmasında aktivlik göstərərək fərqləndiyi üçün filialın tələbəsi Aytac Əhmədova Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev tərəfindən sürücülük vəsiqəsi almaq üçün DYP-də keçirilən imtahanlara hazırlıq vəsaiti ilə mükafatlandırılıb.





001002003
fondeduadpubir

VKkj