ADPU-nun Şəki filialının filologiya fakültəsinin “Xarici dil müəllimliyi – ingilis dili” ixtisası üzrə lll tədris ilinin tələbəsi Elcan Səlimlinin “123 dərsdə ərəb dili” adlı kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. Üç hissədə çap olunması nəzərdə tutulan və ərəb dilini başlanğıc səviyyədən irəli səviyyəyədək əhatə edən vəsaitin çapdan çıxmış 232 səhifədən ibarət l hissəsi başlanğıc səviyyəni əhatə edir.
Qeyd edək ki, Elcan Səlimli 2018-ci ildə respublika fənn olimpiadasının qalibi (ll yer – gümüş medal) olmuş, orta məktəbi qızıl medalla başa vurmuş, qəbul imtahanlarında 660,6 bal toplayaraq, ADPU-nun Şəki filialını seçmişdi. Paytaxtın ali məktəblərinin ən nüfuzlu ixtisaslarına qəbul imkanı olduğu halda, bu filialı seçməsinin səbəbini Elcan Səlimli belə cavablandırmışdı: “Mən Azərbaycan dilini çox sevirəm. Gələcəkdə Azərbaycan dili üzrə maraqlı tədqiqatlar aparmağı düşünürəm. Ona görə də ingilis dili üzrə təhsil almağı, bu dili mükəmməl öyrənməyi məqsədəuyğun hesab edirəm. Eyni zamanda ərəb dilini müstəqil olaraq öyrənməyi planlaşdırıram. Düşünürəm ki, öyrənəcəyim bu iki dil gələcək tədqiqatlarda mənə çox fayda verəcəkdir. Nə üçün paytaxt ali məktəblərini seçməməyimə gəlincə, hesab edirəm ki, insanın harda təhsil alması önəmli deyil. Əsas məsələ təhsilalan və təhsilverəndir. ADPU ölkənin qocaman və nüfuzlu elm, təhsil ocağıdır. Şəki filialında da keyfiyyətli tədrisin olduğunu bilirəm. Məni yetişdirən müəllimlərin bir çoxu Şəki filialının məzunudur”.
Qeyd edək ki, Elcan Səlimli orta təhsili bitirərkən Azərbaycan dili fənnindən həm buraxılış, həm də ali məktəbə qəbul imtahanında 100% nəticə göstərib.
Bu gün Elcan ali məktəbdə də yüksək nəticələr göstərir, dərslərini əla qiymətlərlə oxuyur.
Biz də Elcan Səlimliyə təhsildə və elmin çətin yollarında bol-bol uğurlar arzulayırıq.





001002003
fondeduadpubir

VKkj