ADPU-nun Şəki filialında Ümumelmi fənlər kafedrasının dəstəyi və Gənc Psixoloqlar Birliyinin (GPB) üzvlərinin təşkilatçılığı ilə növbəti seminar təşkil olunub. Seminarda filialın Tələbə Elmi Cəmiyyətinin sədri, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Səadət Feyzullayeva və GPB-nin rəhbəri Ümumelmi fənlər kafedrasının baş müəllimi Kəmalə Ramazanova da iştirak ediblər. Seminar “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının ücüncü tədris ili tələbələri Ləman Şahbanova, Sevinc Həbillayeva, ikinci tədris ili tələbələri Rəqsanə Hüseynova, Nərmin Ramazanova, Nazlı Nuhova tərəfindən hazırlanıb. Əvvəlcə təlimçilər psixodrama haqqında məlumat veriblər. Sonra psixodrama texnikalarından “Həyəcanlar” və “Gələcəyin əks olunması” texnikaları səhnələşdirilib. Sonda səhnələşdrilən problem ətrafında geniş müzakirələr aparılıb. Baş müəllim Səadət Feyzullayeva seminar haqqında öz fikirlərini bölüşüb. GPB-nin rəhbəri, baş müəllim Kəmalə Ramazanova çıxış edərək söylənilən fikirlərə, təcrübələrə və ümumən seminarın gedişinə öz münasibətini bildirib, filialımızda bu tip seminarların tələbə-psixoloqlar tərəfindən davamlı keçiriləcəyini vurğulayıb, seminarın təşkilində rolu olan tələbələrə təşəkkürünü bildirib.





001002003
fondeduadpubir

VKkj