2021-ci ilin noyabrından etibarən ADPU-nun Səki filialında yeni bir şöbə - Karyera mərkəzi fəaliyyətə başlayıb. Şöbənin yaradılmasında əsas məqsəd filial tələbələrini gələcək əmək fəaliyyətinə, karyera qurmaq isinə hazırlamaq, məzunların təhsildən sonrakı fəaliyyətini izləmək, onlar haqqında məlumat toplamaq, lazim olan metodiki köməkliyi göstərməkdən ibarətdir. Karyera mərkəzinin illik iş planında nəzərdə tutulan məsələlərin icrasını təmin etmək məqsədilə dekabrın 16-da filialın akt zalında lV, V tədris ili tələbələri və məzunların iştiraki ilə maarifləndirici seminar keçirilib. Seminar Şəki Hazırlıq Mərkəzi (ŞHM) ilə birgə təşkil edilib. Seminarda filialın Karyera mərkəzinin müdiri Xuraman Həmidova, ŞHM-in direktoru Rəşid Əliyev, həmin mərkəzin müəllimi, təlimçi Yadigar Rəsulov, tələbələri Ramazan Məmmədli, İmam Hüseynov iştirak ediblər. Seminarı giriş sözü ilə filialın Karyera mərkəzinin müdiri Xuraman Həmidova açaraq, sonuncu tədris ili tələbələrinin qısa müddətdən sonra ən şərəfli pesənin sahibi kimi – müəllim olaraq əmək fəaliyyətinə başlaya biləcəklərini, bunun üçün isə MİQ imtahanlarinda istirak etməli olduqlarinı, seminarın da bu məsələlərlə bağlı maarifləndirici məqsədlə təşkil olunduğunu bildirib. Sonra söz ŞHM-in direktoru Rəşid Əliyevə verilib. R.Əliyev sürətlə inkişaf edən cəmiyyətdə yeniliklə ayaqlasmağı bacarmağın günün tələbi olduğunu vurğulayaraq, müəllimlik pesəsinə hazırlasan tələbə-gənclərə və məzunlara MİQ və sertifikasiya imtahanlarının, kurikulumun mahiyyəti, mövcud problemlər haqqinda ətraflı məlumat verib.
Sonra söz ŞHM-in müəllimi, təlimci Yadigar Rəsulova verilib. Natiq MİQ imtahanları və kurikulumla bağlı geniş və əhatəli məruzə ilə çıxış edib.
Canlı, diskussiya şəklində kecən seminarda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda Karyera mərkəzinin müdiri Xuraman Həmidova ŞHM-in direktoru Rəşid Əliyevə seminarın təşkilində göstərdiyi dəstəyə, mərkəzin müəlliimi, təlimci Yadigar Rəsulova əhatəli məruzəyə görə təsəkkürunü bildirib və belə seminarların davamlı olmasının vacibliyini vurgulayıb





001002003
fondeduadpubir

VKkj