Aprelin 26-da ADPU-nun Şəki filialında Gənc Psixoloqlar Birliyinin (GPB) təşkilatçılığı ilə “Psixologiya gecəsi” keçirilib. Filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi gecədə əvvəlcə birliyin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Sonra GPB-nin üzvləri – “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının tələbələri Nurcahan Rüstəmzalovanın “Davranışımıza təsir edən hisslər”, Şəbnəm Qədirovanın “Stres nədir və həyatımıza təsiri”, Jalə Əliyevanın “Qəzəb hissinin orqanizmə təsiri”, İlknur Məhərrəmova və Nəzrin Məhərrəmovanın “Sevginin həyatımızdakı önəmi” mövzusunda maraqlı çıxışları dinlənilib. Həmin ixtisasın tələbələri tərəfindən səhnələşdirilmiş “İmtahan stresi”, “Qəzəbini idarə etməyən insanın yaşadığı çətinliklər”, “Sevgisiz böyüyən uşaqlar” adlı psixodramalar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Gecə Humay Saatova və Şəbnəm Qədirovanın ifasında ədəbi-bədii kompozisiya ilə başa çatıb.
Tədbirdə tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva, elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev, Ümumelmi fənlər kafedrasının müdiri dosent Sədrəddin Bədiyev çıxış edərək GPB-nin dörd illik fəaliyyəti dövründə həyata keçirdiyi işlərin, təşkil etdikləri maraqlı tədbirlərin əhəmiyyətindən bəhs edib və birliyin işinə uğurlar arzulayıblar.
Tədbirin sonunda filialın direktoru dos. Rafiq Rasulov yekun nitqi söyləyərək GPB-nin rəhbəri, Ümumelmi fənlər kafedrasının baş müəllimi Kəmalə Ramazanova və birliyin üzvlərini təbrik edib, təşkil etdikləri maraqlı tədbirə görə minnətdarlığını bildirib, onlara uğurlar arzulayıb. Məsədyönlü fəaliyyətinə və tələbələrin elmi tədqiqat fəaliyyətinə göstərdiyi dəstəyə görə GPB-yə Fəxri Fərmanlar təqdim olunub. Birliyin rəhbəri baş müəllim Kəmalə Ramazanova məqsədyönlü fəaliyyətləri üçün göstərilən dəstəyə, onlara yaradılan şəraitə görə filial rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, GPB 25 aprel 2018-ci ildə “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının tələbələrinin təşəbbüsü ilə qeyi-rəsmi şəkildə fəaliyyətə başlayıb, 27 noyabr 2018-ci ildən filialın direktoru dos. Rafiq Rəsulovun müvafiq əmri ilə Ümumelmi fənlər kafedrasının nəzdində fəaliyyəti rəsmi olaraq təsdiqlənib. GPB-nin yaradılmasının əsas məqsədi “Təhsildə sosial-psixoloji xidmət” ixtisasında təhsil alan tələbələrin psixologiyaya dair biliklərini zənginləşdirmək, onların özlərini ifadə etmələri üçün imkan, bu sahəyə dair təcrübə əldə etmələrinə şərait yaratmaqdır.





001002003
fondeduadpubir

VKkj