Dekabrın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının müəllim və tələbələri Şəki şəhərindəki 14 saylı uşaq bağçasında olublar. Uşaq bağçasında filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Səadət Feyzullayeva, “Məktəbəqədər təlim və tərbiyə” ixtisasında təhsil alan tələbələr, bağçanın müdiri Güllər Mənəfova və əməkdaşlarının birgə təşəbbüsü ilə dəyirmi masa formatında təcrübə mübadiləsi aparılıb. Müzakirələr zamanı müasir nöqteyi-nəzərdən nağılların pedaqoji xüsusiyyətlərinin təhlili, kuklaların uşaqlar tərəfindən hazırlanmasının tətbiqi və əhəmiyyəti, cizgi filmlərinin psixoloji meyarlara uyğunluğu, oyuncaqların materiallarına görə düzgün seçilməsinin qanunauyğunluqları, lazımsız əşyalardan oyuncaq düzəltməyin uşaqlarda əməyə rəğbət hissinin formalaşmasında rolu kimi mövzulara toxunulub. Həmçinin uşaqların milli mənəvi ruhda böyüməsi, onlarda azərbaycançılıq ideologiyasının formalaşdırılması kimi məsələlər də müzakirə edilib. Təcrübə mübadiləsinin sonunda “Məktəbəqədər təlim və tərbiyə” ixtisasında təhsil alan tələbələrin hazırladığı "İkinci həyat" adlı oyuncaqlar kolleksiyası və “Şəngülüm, Şüngülüm, Mənğülüm” cizgi filmi nümayiş olunub.





001002003
fondeduadpubir

VKkj