Mayın 10-da Şəki Gənclər İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə ADPU-nun Şəki filialının tələbələri Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş "Dahi Azərbaycanlı" sənədli filmini izləyiblər.
Filmdə dahi şəxsiyyətin uşaqlıq və gənclik illəri haqqında maraqlı faktlar, onun ölkəmizdə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs edilib.