Print 

ADPU-nun Şəki filialında Ümumelmi fənlər kafedrasının dəstəyi və Gənc Psixoloqlar Birliyinin (GPB) üzvlərinin təşkilatçılığı ilə növbəti seminar təşkil olunub. Seminarda filialın Ümumelmi fənlər kafedrasının baş müəllimi, GPB-nin rəhbəri Kəmalə Ramazanova, birliyin üzvləri və tələbələr iştirak ediblər. “Özgüvənimizi necə inkişaf etdirə bilərik?” mövzusuna həsr olunmuş seminarda “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının dördüncü tədris ilinin tələbəsi Ləman Şahbanovanın təqdimatında özünü aşağı qiymətləndirməyə səbəb olan amillər izah olunub, eyni zamanda özgüvəni artıracaq məşğələlər barədə geniş məlumat verilib. Həmin məşğələlər seminarda iştirak edən tələbələr tərəfindən təcrübədən keçirilib. Seminarin gedişində iştirakçıları maraqlandıran suallar cavablandırilib. Diskussiya şəklində keçən seminarın sonunda GPB-nin rəhbəri baş müəllim Kəmalə Ramazanova məruzəçiyə təşkil etdiyi praktik və öyrədici seminara görə təşəkkür edib.