Print 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının İdman Oyunları Birliyi (İOB) Şəki Olimpiya İdman Kompleksi (OİK) ilə əməkdaşlıq edərək, Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə voleybol yarışı təşkil edib. Yarışda ADPU-nun Şəki filialını təmsil edən 6, OİK-i təmsil edən 4 komanda iştirak edib. Gərgin keçən yarışın nəticələrinə görə, “Tiger Qafqaz”, “Matador”, “Stary Wolf”, “Qarabağ” komandaları yarımfinal mərhələsinə yüksəliblər. Yarımfinal mərhələsində “Tiger Qafqaz” komandası 1-ci, “Matador” 2-ci, “Qarabağ” komandası 3-cü yerə sahib olub. Sonda komandalar ADPU-nun Şəki filialı, Şəki OİK və Şəki-Zaqatala Gənclər və İdman İdarəsi tərəfindən müxtəlif nominasiyalar ilə təltif ediliblər.
Qeyd edək ki, 1-ci və 2-ci yerə sahib olan “Tiger Qafqaz” və “Matador” komandalarında ADPU-nun Səki filialının tələbələri yarışıblar.